Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentə yeni həmlə: Əsgər ölümləri



Rusiya Xarici İşlər Nazirliyi Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin endirdiyi aviazərbə nəticəsində beş rusiyalının ölməsi ilə bağlı xəbəri təsdiqləyib.

Rusiya XİN rəsmisi Mariya Zaxarovanın sözlərinə görə, onların vətəndaşlığı hələlik müəyyən olunmayıb. Görünən odur ki, Suriyada Rusiya və ABŞ arasında gedən nüfuz savaşı getdikcə daha isti fazaya keçir.

Maraqlıdır, bu iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilərmi? ABŞ-Rusiya qarşıdurması dərinləşəcəkmi?

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Natiq Miri Rusiyanın ABŞ-a qarşı çıxa bilmədiyini deyib. N.Mirinin sözlərinə görə ölən ruslar muzdlu əsgərlərdir: “Nəzərə almaq lazımdır ki, ABŞ-ın bombardmanları nəticəsində həlak olan rus əsgərləri rəsmi Rusiya Müdafiə Nazirliyinə məxsus hərbçilər deyil. Onlar ehtiyatda olan polkovnik Vaqnerin yaratdığı təhlükəsizlik təşkilatının üzvləridir ki, onlar da pul qarşılığında muzdlu olaraq Rusiya tərəfindən Suriyaya göndərilir. Rusiya qanunvericiliyinə görə muzdlu əsgər birliklərinin yaradılması və ya istifadə olunması qadağandır. Bu konkret olaraq cinayət məsuliyyəti hesab olunur. Ona görə də Rusiya ölən hərbçiləri rəsmi olaraq etiraf edə bilmir. Hətta bu cür rus əsgərləri öləndə, onların ailələrinə bu haqda məlumat  aylar sonra çatdırılır. Yəni, Rusiya bunu rəsmi olaraq etiraf etmək istəmir. Çünki Rusiya bununla ABŞ-ın əlinə hüquqi cəhətdən başqa dəlillər verə bilər. Ona görə də Rusiya itki vermiş olsa da, birmənalı şəkildə ABŞ-a qarşı çıxa bilmir”.

Politoloq hesab edir ki, baş verənlər həm də Rusiyanın əlinə oynayır: “Çünki indiki şəraitdə Rusiya ABŞ-a qarşı çıxmaqla regiondakı vəziyyəti daha da gərginləşdirmək istəmir. Əslində Rusiyanın ABŞ-a qarşı çıxması üçün rus əsgərlərinin ölməsi yetərli deyil. Məlumdur ki, Suriyadakı hava məkanını nəzarətdə saxlayan Rusiyaya məxsus S-300, S-400 havadan müdafiə sistemləridir. Rusiya hər an bundan istifadə edib ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın qırıcı təyyarələrini izləyir. Əgər Rusiya istəməsə, bu təyyarələrin qalxmasınabelə imkan verməz. Demək ki, Rusiya birmənalı olaraq ABŞ-la Suriya cəbhəsində qarşı-qarşıya gəlmək istəmir. Ona görə də mümkün olduğu qədər bu anlaşılmazlıqları diplomatik qaydada yoluna qoymağa çalışacaq”.

Natiq Miri hesab edir ki, Rusiya birbaşa olaraq ABŞ-a qarşı çıxa bilmədiyi üçün Türkiyədən istifadə edir: “Bu gün Türkiyə “Zeytun budağı” əməliyyatı keçirir və Rusiya həm də Türkiyə üçün Suriyanın hava məkanını açıb. Çünki Rusiya maraqlıdır ki, məhz Türkiyə vasitəsilə ABŞ-ın dəstəklədiyi güclərə və terrorçulara ciddi şəkildə dərs verilsin. Hesab edirəm ki, məsələni bu kontekstdə dəyərləndirmək lazımdır. Suriyada bu gün bütün savaşlar demək olar ki, “vəkalətən” aparılır. Eynən ABŞ kimi, Rusiya da zaman-zaman ABŞ-la qarşı-qarşıya gəlməmək üçün bu cür “vəkalət” savaşlarını dövriyyəyə buraxır”.

Vilayət Muxtar

Cebh.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений