Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezident nazir kürəkəninə əmindir: Dolları ucuzlaşdıracaq 



Türkiyədə seçkilərdən sonra dolların məzənnəsindəki artım və ilin sonuna qədər 5 lirə səviyyəsini görəcəyinə dair beynəlxalq ekspertlərin rəyi bazara ciddi təsir edib.

Cebhe.info xəbər verir ki, Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan dolların məzənnəsinin bilərəkdən artırıldığını bildirərək, yaxın zamanda ucuzlaşma vədi verib.

"Biriləri məzənnəni yüksəltməyə çalışsa da, düşdüyünü görəcəksiniz. Dollar çox qısa müddətdə düşəcək. Faizlər də aşağı salınacaq. Bu qədər əmin danışıram",- Ərdoğan vurğulayıb.

Prezident eyni zamanda bildirib ki, yeni təyin edilən maliyyə naziri dolların məzənnəsinin düşməsi üçün bütün tədbirləri görəcək: “Növbəti mərhələdə faizlərin də düşdüyünü görəcəyik. Mən əminəm ki, yalnız dövlət banklarımız deyil, özəl banklarımız da lazım olanda daşın altına əllərini qoyacaqdır. İnvestorların, həqiqi sahibkarların investisiya qoyuluşlarını artırmaları üçün  onlara imkan və əlverişli şərtlər təklif edilməlidir”.

Xatırladaq ki, Türkiyənin yeni xəzinə və maliyyə naziri Ərdoğanın kürəkənidir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений