Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezident Administrasiyasında boş qalan vəzifələr



Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında iki vəzifə yeri boşdur.

Cebhe.info xəbər verir ki, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrinə hələlik təyinat edilməyib.

Qeyd edək ki, əvvəllər PA-da Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə  olub. Fatma Abdullazdə 2005-2017-ci illərdə PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdı. O, 2017-ci il iyunun 1-də vəzifəsindən azad edilib. 

Məlumat üçün bildirək ki, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi iyunun 3-ü 2017-ci ildə yaradılıb. Hələ ki, şöbəyə müdir vəzifəsinə təyinat olmayıb.
Hazırda Prezident Administrasiyasında şöbələrin sayı 16-dır.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений