Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Portuqaliyalı futbolçu adam oğurluğunda ittiham edilir



“Vilyareal”ın 23 yaşlı futbolçusu Ruben Semedu adı açıqlanmayan bir şəxsə hücum etmək və xəsarət yetirməkdə ittiham olunur.

Futbol11.az- xəbər verir ki, polisə şikayət edən bir nəfər fevralın 12-də Semedu və daha 2 şəxsin onu qaçırdığını bildirib.

Onun sözlərinə görə portuqaliyalı futbolçunun evində əli-qolu bağlı saxlanılıb. Şikayətçi cibindən evinin açarının götürüldüyünü və qarət olunduğunu da qeyd edib.

Polis artıq Semedunun evində axtarış aparıb.

Qeyd edək ki, Portuqaliyanın 21 yaşlılardan ibarət milli komandasının sabiq üzvü dekabr ayında gecə klubunda xuliqanlıq etdiyinə görə cəzalandırılmışdı.

Cebhe.info

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений