Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Poroşenko Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb



Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.  

APA-nın xəbərinə görə, sənəd rəsmi nəşr hesab olunan “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.  

Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.   

Qeyd edək ki, Ali Rada  Donbası reinteqrasiyası haqqında qanunu yanvarın 18-də qəbul edib.

Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş  adlandırılıb.

Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib. Bu ölkənin şərqində müharibə elan edilmədən ordudan istifadəni qanuniləşdirəcək.  Deputatlar qanunun hələ birinci oxunuşunda Minsk razılaşmalarının prioritetliyinə dair bəndi ləğv ediblər. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений