Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq Suriya proqnozu verdi: Federalizm



“Türkiyənin Suriyanın Afrin regionunda keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı YPG terror təşkilatına böyük itkilər yaşadır. Afrində Türkiyənin qələbə çalması reallaşsada, ardınca Menbicə girəcəyi polimikadır. Çünki ABŞ istənilən anda bu əməliyyatlara imkan verməyəcək”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə deyib.

O qeyd edib ki, Əsəd ordusunun YPG liderləri ilə razılaşmasına əsasən, Afrinə girəcəyi Rusiyanın Türkiyəyə qarşı planı olub. Çünki ABŞ dövlət katibi Tillersonun Ankaraya səfəri və iki ölkə arasında müəyyən məsələlərdə anlaşma mesajı Kremlin narahatlığına səbəb olub:

“Göründüyü kimi, Ərdoğanın Putin və Ruhani ilə telefon danışıqları belə bir planın qarşısını almış oldu. Demək, Ərdoğan Kreml və Moskva ilə ortaq məxrəcə gəlibsə, Vaşinqtonla Ankara arasında problemlər öz həllini tapmayıb. Hazırda ABŞ çalışır ki, YPG terrorçuları vasitəsi ilə Suriyanın böyük bir ərazisinə sahib olsun və bu ölkənin parçalasın. ABŞ Şimali Suriyada hərbi bazalar yaratmaqla bu ölkədən çıxmayacağı və öz geosiyasi maraqlarının təmin olunmasına qədər mübarizə aparacağını öz strateji planına daxil edib. Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin silahlılarına məlum hücumuda göstərir ki, Vaşinqton öz maraq dairəsinə daxil olmaq istəyən Rusiya ilə toqquşmaya hazırdır.

Politoloq hesab edir ki, Vaşinqton eyni addımı Menbicə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirə bilər. Bu baş verərsə, Ankara-Vaşinqton əlaqələri müharibə vəziyyətinə gəlməklə, NATO -da böyük siyasi xaosa səbəb olar: “Belə bir situasiyanın yaşanması isə Moskvamın geosiyasi maraqlarına cavab verir. Ona görə də ABŞ çalışır ki, rəsmi Ankaranı bu əməliyyatdan çəkindirsin. ABŞ Türkiyəyə görə Suriyada öz regional maraqlarından əl çəkməkəyəcək. Suriyada elə bir mürəkkəb vəziyyət yaranıb ki, burada maraqları toqquşan ölkələrin bir-birləri ilə müharibə riski ən üst səviyyədədir. Suriyada sülhün əldə edilməsi Əsədlə mümkün olmayacaq. Əsəd getdikdən sonra koalisiya hakimiyyəti yaradılıb, ölkədə federal sistem yaradılacaq”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений