Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "...ABŞ NATO-dan öz geosiyasi məqsədləri üçün maksimum istifadə edir"



“NATO-nun Brüsseldə sayca 29-cu sammiti dünyada davam edən gərgin siyasi-hərbi problemlər fonunda keçirilir. Bu problemlərə, Yaxın Şərqdə davam edən müharibə, Şərqi Avropada, xüsusən Ukraynanın separatçı regionları, Rusiyanın işğal faktoru, gərgin hərbi vəziyyət və konfontrasiya yaşayan NATO  Rusiya əlaqələri daxildir”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, deyib ki, bu sammitdə qəbul olunan qərarlar və müzakirə edilən məsələlər, əsasən Alyansın güclənməsinə, nəhayət Rusiyanın Şərqi Avropada aqressiyasının qarşısının alınmasına yönəlib: 

“Qeyd edim ki, Trampın prezident seçiləndən sonra ABŞ-la Alyans üzvləri arasında davam edən fikir ayrılıqları, Avropanın NATO-dan kənar yeni ordu yartmaq barədə planı, Brüssel sammitinə damğasını vurdu, demək olar. Baş verənlər Alyans üzvüləri arasında effektiv əməkdaşlığı zəiflədir və etimad mühitini sarsıdıb. Hətta, bu sammit üzv dövlətlər arasında fikir ayrılıqlarına son qoymadı. NATO-nun əsas maliyyə sponsoru və moderatoru olan ABŞ-ın Avropa dövlətlərinə qarşı Alyansın büdcə məsələlərində təzyiqləri üzv dövlətləri Vaşinqtondan narazı salan əsas məqamdı. Çünki, dövlət büdcələrinin 2 faizini NATO ya ayırsalar, bundan Vaşinqton yararlanacaq. Çünki, ABŞ NATO-dan öz geosiyasi məqsədləri üçün maksimum istifadə edir. Ona görə də, ABŞ-ın əsas maliyyəçi olmasından yanadırlar. NATO Pentaqonun hərbi-siyasi əməliyyatlarlnda iştirak və əsas zərbə qüvvəsi kimi xarakterizə olunur. Avropanın üzv dövlətləri 2 faiz büdcə xərclərini Alyansa ayırmaqdansa, özünün yeni hərbi ittifaqını qurmağı daha məqsədə uyğun hesab edir. Hətta, Vaşinqtonun bir başa diktəsindən qurtulmağı qarşılarına məqsəd qoyublar. Burada Almaniya və Fransa daha da irəli gedir”.

Ekspertin sözlərinə görə göründüyü kimi üzv dövlətlər, Trampın siyasətinə görə böyük siyasi fikir ayrılıqlarına malikdir. Əgər, fikir ayrılıqları davam edərsə, Alyansın tezliklə zəifləməsinə apara bilər:

“Buna baxmayaraq, Qərbin əsas hərbi-siyasi təşkilatı olan İttifaqı bu gün dünyanın aparıcı hərbi blokudur. Öz qlobal əhəmiyyətini qoruyan Alyansın inkişafı və yeni üzvülüklə bağlı çağırışları davam edir. Bu gün NATO Əfqanistanda, Balkanlarda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə yeni siyasət formalaşdırır. Əsasən Şərqi Avropada öz hərbi kontingentini artıran təşkilatın əsas pioritetləri sırasında Rusiyanın aqressiyasının qarşısını almaq, Baltikyanı ölkələri Kremlin hibrid təhdidlərindən müdafiə etməkdir.
Xüsusi olaraq qeyd edim ki, NATO bundan sonra da, öz inkişaf dinamikası ilə Cənubi Qafqazda da möhkəmlənəcək. Çünki, Rusiyanın regionda möhkəmlənməsinin qarşısını almaq və Mərkəzi Asiyaya çıxaraq, regionda tranzit və enerji daşıyıcılarının təhlükəsizliyini təmin etməkdir. NATO ilk növbədə Gürcüstanı öz çətiri altına almaqla regiona giriş siyasətinə strat vermiş olacaq. Gürcüstanın sammitdə Alyansa bir müdətdən sonra üzvülüyü inamlı şəkildə qeyd olunması göstərdi ki, yaxın perspektivdə bu ölkə Alyansa üzv olacaq. Bu, o deməkdir ki, artıq Qərb bloku regionumuzda fəaliyyətə keçərək, Rusiyanın burada deastiblizasiya siyasətinin qarşısını alacaq. Bu da Azərbaycan və region üçün ümumi təhlükəsizlik çətiri deməkdir. NATO regionumuzla xüsusi ilə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi bəyannamədə dəstəkləməsi göstərir ki, uzaq olmayan gələcəkdə Cənubi Qafqaz NATO nəzarətinə keçəcək”.

Politoloq əlavə edib ki, NATO-nun yekun bəyannaməsində region dövlətlərinin ərazi bütövlüyü ilə bağlı bəndə fikir versək, görərik ki, həqiqətəndə Cənubi Qafqaz Alyansın maraq dairəsindədir: 

“Bəyannamədə qeyd edilir - "Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq."

Göründüyü kimi, Rusiyanın satalleti olan Ermənistanın cəhdlərinə baxmayaraq ölkəmizin ərazi bütövlüyü tam ədalətli şəkildə burada təsbit olunub. Artıq, NATO-nun yeni şərtləri və siyasi çağırışlarında Ermənistanın işğalçı siyasətinə yer yoxdur. Ölkəmizin bu sammitdə tərəfdaş kimi iştirakı, ərazi bütövlüyümüzün tam dəstəklənməsi ilə bağlı bəyyanamədə vurğulanması, ölkəmiz üçün yeni siyasi imkanlar vəd edir”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений