Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Polislərin maaşı artırılacaq - Gürcüstanda



Gürcüstanda 13 200 polis əməkdaşının əmək haqqısı iyulun 1-dən artacaq. 

Cebhe.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin Daxili İşlər naziri (namizədi) Giorgi Qaxaria parlamentdə çıxış zamanı deyib. O, bildirib ki, Gürcüstan hökuməti asayiş keşikçilərini daim diqqətdə saxlayır: 

“Hər bir polisin sosial vəziyyətinin nə qədər önəmli olduğunu bilirk, ona görə də, bu gün bu tribunadan bildirmək istəyirəm ki, polislərin maaşı  250 lari artırılacaq. 
Bu bizi qoruyan polislər üçün edə biləcəyimizin minimumudur. Əlbəttə ki, həyatını riskə ataraq, hər bir vətəndaşın təhlükəsizliyinə qayğı göstərən polisin maaşının 250 lari artırılması yenə də idealdan uzaqdır, ancaq biz onların əmək haqlarını gələn il də artırmağa davam edəcəyik”.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений