Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Polis şöbəsində intihar cəhdi: Benzin töküb özünü yandırdı



Hadisə bu gün Xocavənd qəsəbəsində qeydə alınıb. 

Cebhe.info xəbər verir ki, 1992-ci il təvəllüdlü Axundov Natiq Hacıağa oğlu Xocavənd rayon polis şöbəsində üzərinə benzin tökərək özünü yandırıb.

Ətrafdakı insanların köməyi ilə yanan şəxs söndürülüb xəstəxanaya aparılsa da, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

Sakinlərin verdiyi məlumata görə, Natiq Axundov şöbəyə cinayət axtarış bölməsinin rəisi Əliyev Rövşən tərəfindən çağırdığını və onunla mübahisədən sonra özünü benzin tökərək yandırdığını bildiriblər.

Bundan başqa intihar edən şəxsin qardaşı Bəxtiyar Axundov Cebhe.info-ya bildirib ki, qardaşının dəfələrlə həmin bölmə rəisi və onun qardaşı oğlu, polis serjantı Rafiq Əliyev tərəfindən hədə-qorxu, santaj təhdidi edilib.

Qeyd edək ki, Natiq Axundov 3 gün əvvəl də damarını kəsərək intihara cəhd edib.

Elgün Gəncimsoy, Xocavənd
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений