Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Plastik qablardakı sularda plastik zərrəciklər tapılıb – Bu məhsullar arzuolunan deyil



Plastik qablardakı sularda plastik zərrəciklər tapılıb. Bu tanınmış brendlərin plastik qablarda olan demək olar ki, bütün sularında müşahidə edilib. 

Cebhe.info xəbər verir ki, "Orb Media" jurnalistika təşkilatı tərəfindən 9 ölkədə  aparılan araşdırma nəticəsində hər bir litr suda orta hesabla 10 plastik hissəciyinin olduğu, hər birinin də insan saçından daha qalın olduğu məlum olub. Sular Nyu-York Dövlət Universitetində araşdırılıb. Qeyd olunur ki. kiçik plastik parçaların sağlamlığa zərər verdiyinə dair dəlil yoxdur, amma mümkün təsirlərinə dair elmi işlər aparılır.

Tədqiqatda 11 müxtəlif su markası test edilib. Bunlar Aquafina, Dasani, Evian, Nestle Pure Life, San Pellegrino, Aqua (İndoneziya), Bisleri (Hindistan), Epura (Meksika), Gerolsteiner (Almaniya), Minalba (Braziliya) Wahaha (Çin) markalarıdır. 

Həmin markaların ölkəmizdə satışda olub-olmadığına gəldikdə isə bunu araşdərmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Birliyin bununla bağlı araşdırma aparmadığını dedi. O, bununla belə plastik qablarda olan suların istlfadəsinin arzuolunmadığını bilddirdi. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений