Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oyun asılılığı xəstəliklər siyahısına daxil edildi



Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur. 

Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır. Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına (World Health Organization - WHO) üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений