Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

AXCP-nin şöbə sədri: “Partiyanın təklifləri hökumətdə qısqanclıqla qarşılanır”



“Ölkənin sosial durum getdikcə daha da ağırlaşmağa doğru gedir. Belə ki, qiymətlərin bahalaşması, təqaüdlərin və maaşların artırılmaması kasıb təbəqənin durumunu daha da ağırlaşdırır. Aidiyyatı qurumlar tərəfindən effekli tədbirlərin görülməməsi, yaranan bu vəziyyəti bir növ qulaqardına vurması insanlarda daha da qıcıq yaradır. Hökumət islahat tədbirləri görmək əvəzinə sanki hansısa məmurun maraqlarından çıxış edir”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq cəbhəsi PartiyasıNIN (AXCP) Şəmkir şöbəsinin sədri Rəşad Əliyev deyib. Şöbə sədri bildirib ki, bəzi məmurlar israrla xalqı narazı sala biləcək addımlar atmağa çalışırlar:

“Hesab edirəm ki, hökumət nümayəndələri hazırki vəziyyətin tənzimlənməsi üçün mümkün vasitələrdən istifadə etməlidir. Hökumət böhrandan çıxmaq üçün real təkliflər verən müxalifət partiyalarının fikirlərini dinləməli, göstərdiyi çıxış yollarını  qiymətləndirməli, həyata keçirməlidir. Azərbaycan Xalqı Cəbhəsi Partiyası ölkənin böhrandan çıxması üçün kifayət qədər təkliflər irəli sürüb və cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Lakin biz görürük ki, çox zaman AXCP-nin irəli sürdüyü təkliflər və xalqın xeyrinə olan layihələr hökumət tərəfindən qısqanclıqla qarşılanır. Ancaq bu belə olmamalıdır. Çünki verilən təkliflər ancaq xalqın rifahına və problemlərdən çıxış yoluna hesablanıb. Hər kəs görür ki, hökumət bu gün ölkəni düşdüyü böhrandan çıxara bilmir. Ona görə də AXCP-nin verdiyi təklifləri dövlətin rifahı naminə diqqətə almalı və tez bir zamanda həyata keçirilməlidir”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı