Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

"ANS rəhbərliyi ilə bağlı məlumat yayacağıq" - Baş Prokurorluqdan açıqlama



ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Məsələni dəqiqləşdirmək üçün Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Eldar Sultanov Ölkə.Az-a məsələ ilə bağlı qısa açıqlama verdi:

"ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə çoxsaylı sorğu daxil olub. Ağır cinayətlərə dair istintaq idarəsi ilə danışıb, məsələni dəqiqləşdirdikdən sonra bununla bağlı açıqlama veriləcək".

Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün "facebook” səhifəsində yazıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı