Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Qadın yeməyinin romantikası



Bizdə son dövrlər müşahidə etdiyim bir-iki nüans var: Belə ki, avtobusa minən qadınlar mütləq istəyir ki, ön sıralarda əyləşsin. Arxa sıralarda əyləşməyi özlərinə sığışdırmırlar və ya ayıb hesab edirlər.

Məsələn mənə maraqlıdır görəsən bunun səbəbi nədir? Son dövrdə Bakıda marşurutlarda kameralar qoyulub və təzə avtobuslar çox səliqəlidir. Ön sıra ilə, arxa sıra arasında fərq yoxdur... Təmiz və səliqəli oturacaqlar. İşdən arğın-yorğun çıxırsan, elə təzəcə əyləşirsən ki, bir xanım gəlib başının üstünü kəsdirir. Məcbur durub yerini verirsən. Və biz bunu qadına olan hörmət adlandırırq. Yəni evdə-eşikdə qadınımıza dəyər verməyib, döyüb-söyüb çox asanlıqla mətbəx qadını edə bilirik. Marşurutda gördüyümüz xanıma kişi sadaqəti göstəririk. Lap yaxşı inanıram ki, pis iş görmürük, qadına mədəniyyət gösəririk. Maraqlı tərəfi odur ki, arxa yerlərdən durub qadına yer verəndə qadın sənə elə tərs-tərs baxır az qalır ki, desin mədəniyyətsizsən. Mən şəxsən bunun şahidi olmuşam. Bəzən belə müşahidə etmişəm ki, bəy yalnız baxımlı, cavan xanıma yerini veririr, yaşlıdırsa özünü yatmış kimi göstərir.

İkinci bir düşüncə sahibi olan insanlar təqribən bu amalla yaşayan insanlardır: Göz yaranıb baxmaq üçün. Şəhərdə özünə baxımlı bir qadın yanından keçirsə, bizim kişilər gözlərini qadının dalıyca göndərirlər. Əgər 20 yanvar ərazisində bir qadın görübsə gözlərini o qadının arxasıyca göndərəcək. Gəl ki, qadın Əhmədliyə gedə, kişi dostumuzda Sumqayıta.. Belə çıxır ki, adam Sumqayıta kor gedəcək.

Bizim qadına olan baxış acımız çox fərqlidir. Klassik kişi düşüncəsi ilə yanaşsaq əgər qadını bir çox şeylərdən azad etməliyik. Qadın yemək bişirməlidir, paltar yumalıdır, ev təmizləməlidir, yeri gəlsə evdə xarab olan santexnik işlərini görməlidir. Belə də qeyri adi bir şey yoxdur. Bizdə olan şeylərdir, mən və məndən öncəki nəsillər bunu çox görüblər. İndi bir də başqa bir tərəfdən mövzuya yanaşaq. Öz xanımımıza daha baxımlı olaq. Ürəyi istəyən yerlərə aparaq, istədiyi geyimi geyinsin. Və bir gün sən səhər yeməyi hazırlamağı düşünün. Lap hazırladın. Öz təəssəvüründə qadınını xoşbəxt etdiyinə əminsən. Üstündən iki gün keçsin xanım deyəcək ki, ta sən yemək bişirə bilirsən, elə sən bişirsən yaxşı olar. Yəni bizdə romantika uzağı iki gün çəkə bilər. Ondan sonra yenə məişət probleminə çevriləcəkdir. 

Qadının bişirdiyi yemək dadsız olsa belə,qadın bişirdiyi yeməyin ayrı bir romantikası var.Mənə görə, kişidən yaxşı santexnik çıxar, kişidən yaxşı rəngsaz, çilingər, bənna çıxar. Mənim son dövrlər ən çox rastıma çıxan şey “Tv” ekranlarında kişilərin özlərini dəbdəbəli təqdim edib, yemək bişirməsidir. Nədənsə yemək bişirən kişilərə qarşı bir fobiyam var. Nə qədər dadlı yemək bişirsə də, kişinin yemək bişirməsi mənə çatmır.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı