Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qabyuyan analar günü



Bu günlərdə bir çox ölkələr  Ümumdünya Mədəni "Analar günü"nü qeyd edir. "Analar günü" anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub.  "Analar günü" ilk dəfə XVII əsrdən başlayaraq hər il may ayının ikinci bazar günü İngiltərədə qeyd edilb. ABŞ-da prezidenti Vudro Vilson isə 1914-cü ildən başlayaraq may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə bayram elan edib. 

Daha sonra 30 ölkə bu bayrama qoşulub. Qonşu Türkiyədə isə hər il may ayının 10-u "Analar günü" kimi bayram edilir.  Rusiya Federasiyasında da 1998-ci ildən "Analar günü" rəsmən bayram elan edilib. 

"Analar günü " qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır. 

Nə yazıq ki, Ümumdünya" Analar günü " nə Sovet dövründə, nə də müstəqillik əldə etdikdən sonra Azərbaycanda qeyd edilib. Hətta əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti  “Analar günü” adlı bir bayramın mövcudluğundan xəbərsizdir. Çünki Azərbaycan cəmiyyətində “ana” anlayışı özünün sosial əhəmiyyəti və statusunu itirib. Hazırda ana bir çoxlarının düşüncəsində kafeləri qapı - qapı gəzib xadimə, qabyuyan işi axtaran, banklara borcu olan, etiraz edəndə həbsə atılan, haqsızlıqlara dözməyib özünü yandıran, əri, övladı tərəfindən qətlə yetiirlən zavallı qadındır. O, müasir Azərbaycanın ən məşəqqətli insanıdır. Artıq o, Qəhrəman Ana deyil. Qəhrəman Ana deyəndə mən 10 uşaq doğan qadını nəzərdə tutmuram. Mənim dediyim ana öz qəhrəmanlığını müharibə şəraitində həm ön cəbhədə göstərib, həm arxa cəbhədə. O, özünün əmək fəaliyyəti, elmi intellektual səviyyəsilə qazanıb bu qəhrəmanlığı. Müasir inkişaf etmiş dünyada Qəhrəman Ana öz hüquqlarını bilən, tələb edən və fundamental haqları təmin olunmuş hər bir övlad anasıdır.    

Ancaq o, bu günün onun günü olmasından xəbərsizdir. Çünki əlləri kafelərdə ayda 150-200 manata qab yumaqla məşğuldur, fikri isə evdəki problemlərin yanında qalıb. Ona görə də saçları vaxtından tez ağarıb, xəstədir, müalicə olunmağa maddi imkanı çatrmır, gələcəyə ümidi yoxdur. 

Bu bayramın Azərbaycanda rəsmən qeyd edilib-edilməməsinə baxmayaraq,  bizi dünyaya gətirən analarımızın bir mübarək günü var.  O gün müqəddəs gündür. Gəlin bunu unutmayaq!  Hər kəs onu dünyaya gətirən  xanımı  təbrik etməli,  öpüb, bağrına basmalı, dünyadan köçən anasının duhuna dua oxutmalıdır. Unutmayın ki, cənnət anaların ayaqları altındadır. Onların  bizdən ötrü həyatını  fəda etdiyi kifayətdir.  Gəlin, biz də analarımız üçün  yaşayaq! 

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений