Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Siyəzəndə keçmiş məhkum qonşusunun evindən 4270 manatlıq oğurluq edib



Siyəzəndə 4270 manatlıq oğurluq hadisəsini törədən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Gülçin Əmiraslanov Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsuz Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyaları oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla aparılan axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev olduğu məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений