Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qaxda iki nəfəri it dişlədi: Biri azyaşlıdır



Qaxda biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Ləkit kənd sakini 1989-cu il təvəllüdlü Rəvan Ramazan oğlu Hacıyev sağ budun, Qaxbaş kənd sakini 2010-cu il təvəllüdlü Adil Zaur oğlu Məsimov isə sol ayağın it dişləməsi xəsarəti ilə qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan verilən məlumata görə, müayinə zamanı hər iki şəxsi yaşadıqları kəndin inzibati ərazisində sahibsiz it dişləməsi məlum olub. Rəvan Hacıyev və Adil Məsimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений