Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstan prezidenti hər şeyi sadaladı: Azərbaycanı unutdu



Gürcüstan prezidenti Giorgi Margvelaşvili bir neçə gün əvvəl ABŞ-da rəsmi səfərdə olub. O, martın 16-da Konqresdə təşkil olunan tədbirdə çıxış edərkən Vaşinqtona belə bir çağırış edib: “Gürcüstan Amerikanın daha böyük dəstəyinə ümid edir, biz Amerikanın şərq istiqamətindəki əsas forpostuyuq, ona görə tərəfdaşlıq statusumuzu artırmalıyıq”. Margvelaşvili sonrakı fikirlərini bu şəkildə ifadə edib: “Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal edib, Krım işğal altındadır, Ukraynada müharibəyə rəvac verib, Moldovanın ərazi bütövlüyü pozulub və... Böyük Britaniyada müəmmalı qətl hadisəsi baş verib”. 

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstan prezidenti bu cümlədə nəyisə unudub:

“Sizcə, nəyi unudub? Bəli, Dağlıq Qarabağı. O, ətrafdakı bütün separatçıları sadalayıb, Azərbaycan torpaqlarının işğalı və erməni separatçıları barədə heç nə deməyib. Yəni, Rusiyanın işğal etdiklərini deyib, Ermənistanın işğalına isə göz yumub, halbuki, özü də bilməmiş deyil ki, Ermənistan da Rusiyanın forpustudur”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений