Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeltsinin fransızlarla yazışmaları yayıldı



Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin yazışmalarından ibarət toplu dərc edilib.

Cebhe.info xəbər verir ki, yazışmalar Fransanın keçmiş prezidentləri Fransua Mitteran və Jak Şirakla olub. Yazışmalarda liderlər NATO-nun Şərqə doğru genişlənməsi, həmçinin digər məsələləri müzakirə ediblər. Yeltsinin yazışmalarından ibarət toplunun təqdimatı Beynəlxalq Kitab Salonu çərçivəsində baş tutub.

Yeltsinin yazışmalarının bəzisi ilk dəfə iki dildə- fransız və rus dillərində dərc edilib.

Məktublardan birində Fransua Mitteran Boris Yeltsinə bildirib ki, NATO-nun Şərqə doğru genişlənməsi alyans qoşunlarının Şərqi Almaniyada yerləşdirilməməsi öhəliyi daxilindədir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений