Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Öləcək” deyildiyi ildə evləndi, xəyanət etdi, boşandı, yenidən evləndi: Və dünyanın ən məşhurlarından biri oldu- HƏYAT



Öz proqnozları, xüsusilə də ABŞ-dakı son prezident seçkilərinin sonucu barədə söylədikləri ilə dünyada məşhur olan tanınmış fizik Stven Hokinqin ölümündən sonra da onun barəsində çox yazılır.

Cebhe.info xəbər verir ki, gələcək həyatın kosmosda olacağını düşünən fizik əslində əsl yer adamı olub. 

Yerimək qabiliyyətini itirən və əlil kreslosunda həyatını davam etdirən məşhur fizikin həyatı da adi və asan olmayıb. Fiziki məhdudiyyətinə baxmayaraq daim səyahət edib, kitablar yazıb, seriallarda çəkilib.

"Kosmos mənəm" deyən fizik ora getməyi hər şeydən çox istəyirdi. 21 yaşı olanda həkimlər ona amiotrofik skleroz diqonozu qoyub. 1965-ci ildə, yəni proqnozlara görə ölməli olduğu zamanda fizik evləndi. 3 övladı oldu. 

1980-cı illərdə nitq qabiliyyətini itirdi və sintezator vasitəsilə ünsiyyət qurmağa başladı. 

Bütün bunlara baxmayaraq həyat enerjisi aşıb-daşırdı. İki dəfə evləndi və boşandı. Hətta arvadına xəyanət etdiyi də deyilir. Boşanma səbəbi kimi də məhz bu göstərilir. 

O, ölümdən qorxmurdu, beyninə komputer kimi baxırdı. Deyirdi ki, günlərin birində o da işləməyəcək, necə ki, komputer müəyyən dövrdən sonra xarab olur: "Xarab olan komputer üçün qəbir həyatı və ya cənnət yoxdur, bu, qaranlqıdan qorxan insanlar üçün nağıldır".

Xəzər
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений