Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etməyib



Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmiş tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs Yusif Əzizov M. Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. O, M. Əhmədovun ona vurduğu külli miqdarda zərəri tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının 2 ilə endirilməsinə etiraz edib. 

Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M. Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki iddia qaldırdığını deyib.

Xatırladaq ki, dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov ötən il oktyabrın 7-də sərbəst buraxılıb.

M. Əhmədov cəzasının 3/4 hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

İttihama görə, M. Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений