Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Adnan Oktarın "kediciklər"inə efir qadağası qoyuldu - VİDEO



Türkiyəli din adamı Adnan Oktarın "kedicik"ləri bundan sonra efirə çıxmayacaq.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Adnan Oktarın özü açıqlayıb

Son günlər "kedicik" kimi tanınan qadınların geyimi Türkiyənin Ali Radio və Televiziya Qurumunda və xalq arasında müzakirələrə səbəb olmuşdu.
"Xanım dostlarımızda dekolte olmasın dedilər. Həmin xanımlar artıq proqrama çıxmır. Mən də kökündən çözdüm" - deyə, Adnan Oktar deyib

Jurnalist Nevşin Mengünün "Siz şeyxsinizmi?" sualına isə o, "mən belə şeyləri bilmirəm" deyə cavab verib.
Qeyd edək ki, "kedicik" kimi tanınan qadınlar Adnan Oktarın verilişlərində açıq-saçıq geyimdə iştirak edir, musiqi sədası altında rəqs edirdilər. Türkiyənin Ali Radio və Televiziya Qurumunun son hesabatında kanalda din və qadın istismarı olduğu barədə xəbər yayılmışdı.

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений