Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qax sakini bıçaqlanıb



Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Nüsrət Hilal oğlu Əliyev bıçaqlanma xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, N. Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.

Şahidlər bildiriblər ki, hadisə bu gün saat 16:00 radələrində Qax şəhərinin Nizamı adına Mədəniyyət və İstirahət Parkının qarşısında baş verib. Rufiq adlı şəxs parkın qarşısında N. Əliyevin atası Hilal Əliyev ilə mübahisə edib və onu təhqir edib. Hadisəni görən N. Əliyev həmin şəxsdən atasını təhqir etməməsini istəyib. Rufiq əlində olan bıçaqla Nüsrətə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Keçirilmiş tədbirlər nəticəsində o, saxlanılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений