Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Maral Tahirqızının ailəsində FACİƏ



Müğənni Maral Tahirqızının bacısı həkim səhlənkarlığının qurbanı olub.

Bu barədə Sonxeber.az saytına ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb:

"Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Bakının məşhur klinikalarından birinə apardıq, müalicə almağa başladı. Amma təəssüf ki, xəstəxanada o qədər iynə-dərman elədilər ki, ayağı inkişafdan qaldı. Bacım həkim səhlənkarlığının qurbanı oldu. Qəfil halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, o sağalacaq. Reanimasiyada yatanda ağzından da su gəlirdi. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений