Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Razi Nurullayev siyasilərlə ziyalıların görüşünü təklif etdi: “Azərbaycanın problemini müzakirə etməyə çalışacağam”- VİDEO  



“Vaxtımın azlığından kitabların yandırılması ilə bağlı məsələyə münasibət bildirməmişdim.  Öncə qeyd edim ki, yazıçı Çingiz Abdullayevə və Anara öz dəstəyimi bildirirəm. Bu, o demək deyil ki, mən prezidentliyə namizəd olduğum və ziyalıların dəstəyinə ehtiyacım olduğu üçün bunu edirəm”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev kitabların yandırılması ilə bağlı çağırışlara münasibət bildirərkən deyib. 

R.Nurullayev qeyd edib ki, zamanında ziyalıların əksəriyyəti müxalifətdə təmsil olunurdu, ancaq ənənəvi müxalifətin siyasəti onları kənarə çəkilməyə məcbur etdi: “Yadımdadır ki, 7-8 il öncə yazıçı Anara çox ciddi şəklidə təzyiq vardı. Bir çox, xüsusilə də müxalifət dairələrindən yazıçı Anara çox böyük basqı var idi. Bununla bağlı o zaman bir yazı yazdım və təmsil olunduğum cameənin etirazlarına baxmayaraq, həmin məqaləni dərc etdirdim. Ona görə də çox ciddi şəkildə tənqid olundum, amma buna dözdüm. Bu gün də dözərəm. Mən bu gün yazıçıların, şairlərin, ziyalıların müdafiəsinə qalxıram və qaxacağam. Deməzdim ki, ziyalılar Azərbaycan xalqının yanında deyil, xalqı unudub və öz çıxarları üçün çalışır. Çingiz Abdullayev, yazıçı Anar və digərləri dəfələrlə xalqın problemləri, siyasi məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Son zamanlar isə ölkədə baş verən siyasi radikallıq, virtual qarşıdurma hər bir kəsi daha ehtiyatlı olmağa sövq edir. Amma bu, o demək deyil ki, yazıçılar, ziyalılar Azərbaycan insanının həbsində maraqlıdır, onlar ancaq öz çıxarları üçün çalışırlar. Çünki Azərbaycan ziyalıları müxalifət partiyalarında yüzlərlə olub.

Azərbaycan xalqı bunun şahididir. Mitinqlərdə, pikerlərdə ziyalılar həmişə olub, çıxış ediblər, Azərbaycan xalqının çıxarları üçün çalışıblar. Buna görə tənqid olunub, işdən qovulub, universitetlərdən çıxarılıblar. Amma o ziyalıların demək olar ki, heç 0,1 faizi müxalifət sıralarında qalmayıb. Bunun səbəbini isə həmin siyasi partiyalarda axtarmaq lazımdır. Bunun səbəbini ziyalılarda axtarmaq gülüncdür. Çünki ziyalılar uzun illər ənənəvi müxalifət liderləri ilə bir yerdə oldular. Amma aparılan siyasətin nəticəsi olmadı. Ziyalılar ənənəvi müxalifət liderlərinin apardıqları mübarizə ilə barışmadılar. Gələcəyə bir ümid, işıq görə bilmədilər və məcbur olub kənara çəkildirlər. Nə qədər ziyalılar, aktyorlar, artistlər, müğənnilər Azərbaycan müxalifətində idi. İndi bir nəfərin adını çəkə bilərik ki, müxalifətdə qalıb? Çünki onlar da xalq kimi inamlarını itirdilər. 30 il müxalifətdə qalmaq, eyni insanı görmək olmaz”. 

AXCP sədri vurğulayıb ki, ziyalıların kitablarını yandırmaq bolşevik təfəkkürüdür: “Ziyalıların kitablarını yandırmaq Beriya düşüncəsidir. Kitabları yandırmaq, məhv etmək kommunizm ideologiyasından qalma ünsürdür. Buna yol vermək olmaz. Bu, cəmiyyəti daha da radikallaşdırır. Ziyalıların kitablarını yandırmaqla onları özümüzdən daha da uzaqlaşdırırıq. Sanki biz onlara deyirik ki, sən məni müdafiə etmirsənsə, yanımda deyisənsə, haqlı deyilsən, satqınsan.  Biz niyə düşünürük ki, bizim dediyimiz haqdır, doğrudur? Belə bir şey ola bilməz. Biz özümüzə sual verək ki, nə zaman yazıçı Anar, Çüngiz Abdullayev, Fikrək Qoca və digərləri ilə görüşmək istədik? Onları bir dəyirmi masaya dəvət etdik? Azərbaycan xalqının problemlərini müzakirə etdik və dedik ki, siz prezidentlə görüşə bilirsiniz, görüşəndə bunları da çatdırın. Ancaq gözlədik ki, onlar bizim dediklərimizi desin, yazdıqlarımızı bəyənsin, onlardan stat gətirsin. Amma heç bir ziyalı, yazıçı özünü bu qədər aşağı salmaz. Çünki ziyalılar bilik və bacarıqları ilə siyasilərdən daha üstündür.

Bunu həmişə belə qəbul etmişəm, bu gün də belə qəbul edirəm. Mən öz tərəfimdən yazıçı Anar, Çingiz Abdullayevlə və digərləri ilə görüşməyə və onlarla Azərbaycanın problemini müzakirə etməyə çalışacağam. Azərbaycan xalqının problemlərini, demək istədiklərini onlara deyəcəyəm. Çünki onlar bunu daha yüksək instansiyalara çatdıra bilərlər. Onlarla bir yerdə olduğumuzu, görüşmək istədiyimizi onlara deyək, əgər onlar bizimlə görüşmək istəmirlərsə, bizi müxalifət olaraq qəbul etmirlərsə, dediklərimizdə səhv axtarırlarsa, Azərbaycanda problemlərin olduğunu dilə gətirmirlərsə, sosialistliyin, bərabərliyin olduğunu, YAP-dan başqa heç bir xilaskarın olmadığını deyərlərsə, bizi xalqın düşməni kimi görürlərsə, o zaman mən də sizə qoşulum və deyək ki, onlar Azərbaycan xalqını təmsil etməyə layiq insan deyirlər. Amma bu belə deyil və ola da bilməz. Çünki Azərbaycan ziyalıları bütün zamanlarda doğru bildiklərini deməyi bacarırlar. Sadəcə olaraq bu gün cəmiyyətimiz elə haçalanıb, elə bir vəziyyətə gəlib ki, ziyalılar artıq nəyi deyib, nəyi deyə bilməyəcəyini özləri ayırd edə bilmirlər. Əgər biz doğrudan da o ziyalılara layiq olduqları dəyəri versək, onlarla görüşmək istəsək, onları bizi tərifləməyə vadar etmək niyyətində olmasaq bəlkə də heç bu hadisələr də olmazdı”. 

Razi Nurullayev sonda müxalifətin ziyalılara layiqli dəyəri verməməkdə günahlandırıb:“Mən inanmıram ki, Azərbaycan xalqı o qədər səviyyəsini itirə bilməz ki, kitabları yandırsın, ziyalılardan imtina etsin və ziyalı sözünə ehtiyac duymasın. Azərbaycan xalqı hər zaman ziyalı sözünə ehtiyac duyub, ziyalılara ehtiyacımız var. Biz siyasətçi olsaq da, nə qədər populyar olsaq da, onlardan daha çox görünsək də, bizim hər zaman ziyalı sözünə ehtiyacımız olub. Bizim ən böyük səhvimiz o olub ki, hakimiyyətin, İlham Əlieyev komandasının ziyalılara verdiyi dəyəri biz verməmişik.

Bu səhvlərimizi biz boynumuza almalıy və bu səhvləri düzəltməyə çalışmalıyıq. Azərbaycan xalqına müraciət edirəm ki, radikallıqdan uzaq olsun. Çünki Azərbaycanın çıxış yolu radikallıq ola bilməz. Azərbaycanda problemlərin həlli kitabların yandırılması ola bilməz. Azərbaycan xalqının problemlərinin həlli ziyalılardan imtina deyil. Əksinə, Azərbaycan xalqı ziyalılarla birlikdə problemlərə çarə tapa bilər. Bu çarənin qayəsində dayanan isə dialoqdur. Əgər bu dialoqu biz apara bilmiriksə, təkliflərlə çıxış edək, dialoqu ziyalılar aparsın. Azərbaycan hamımızındır və ziyalılarla bu dövlətin keşiyində dayanmaq borcumuzdur”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений