Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi



Afrikada yerləşən Keniyada insanlar son zamanlar vəhşi heyvanların hücumuna məruz qalır.

“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bir neçə gün öncə bir leopardın Çeribo kəndinə hücum etməsi nəticəsində 10 nəfər yaralanıb.

Eyni kənddə bu hadisədən 2 gün öncə başqa bir leopard 11 qoyunu parçalayıb. Lakin kəndlilər oxla onu vurub öldürüb.

Bundan başqa, Makueni əyalətində çayda balıq tutan bir nəfəri timsah yeyib.

Homa Bay əyalətində Viktoriya gölündən su götürmək istəyən bir qadına da timsah hücum edib.  Lakin, o yaxınlıqdakı balıqçıların köməyi ilə ağır yaralı halda xilas edilib.

Qeyd edək ki, Keniyada son aylarda yaşanan quraqlıq səbəbindən vəhşi heyvanların yaşayış yerlərinə hücum etməyə başlayıblar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений