Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qarabağ”ın keçmiş üzvü “Aktobe”yə keçdi



“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silvanın yeni iş yeri rəsmən müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Trnavanın “Spartak” klubundan ayrılan futbolçu karyerasını Qazaxıstan çempionatında davam etdirəcək.

O, ölkənin ən titullu komandalarından biri olan “Aktobe” ilə sözləşmə imzalayıb. “Spartak”dan ayrıldıqdan sonra Qazaxıstan klubunun düşərgəsinə baxışa yollanan “sambaçı” özünü yaxşı tərəfdən göstərməyi bacarıb.  28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Reynaldo 2013-16-cı illərdə “Qarabağ”ın uğurları üçün çalışıb. Oyunçu ölkəmizdə çıxış etdiyi illər ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений