Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tələbələrdən rəsmi Vaşinqtona ETIRAZ



Bu gün bir qrup tələbə və şagird Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları Ağ Evin qarşısında üç dəqiqə ərzində yerdə uzanaraq hökuməti silah satışlarına dair qanunlara dəyişiklik etməyə çağırıblar. Bununla da iştirakçılar ötən həftə Florida ştatında törədilmiş silahlı insident zamanı qısa müddətdə xeyli sayda insanın həlak olması və yaralanmasını ifadə etməyə çalışıblar.

Qeyd edək ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən üç dəqiqə ərzində törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını "AR-15” avtomat tüfəngi ilə törədib. Bu gün yayılmış yeni məlumata əsasan, qətliamdan qabaq Kruz 10 ədəd "AR-15” avtomat tüfəngi almağa nail olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений