Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Eldar Namazovun təşkilatının üzvləri prezident İlham Əliyevin namizədliyini dəstəklədilər



“Deportasiya” İctimai Birliyi Ermənistandan azərbaycanlıların deportasiyasının ildönümünə həsr olunmuş növbəti iclasını keçirib.

Presdey.az-ın verdiyi xəbərə görə, birliyin sədri Eldar Namazov qeyd edib ki, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağdakı torpaqlarımızın işğalına Birliyin fəaliyyətində daim diqqət yetirilir: “Əslində, bu problemlərin hamısının kökü birdir - erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperiya siyasəti... Məhz bu siyasətin nəticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş verib, yerli sakinlər - azərbaycanlılara qarşı soyqırımı və deportasiya aktları baş verib. Bu baxımdan, 1997-ci ilin dekabrında imzalanan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında mərhum prezident Heydər Əliyevin fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilib”.

Sonra görüş iştirakçıları birliyin idarə heyətinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunan məruzəsini dinləyib.

Bundan sonra yığıncaq iştirakçıları üçün “Deportasiya” Birliyi şurasının üzvü olan şair Vahid Əzizin “Qərbi Azərbaycanım” adlı yeni mahnısının videoklipi təqdim olunub.

Yekun məruzə ilə sabiq təhsil naziri, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf etdiyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalının yüksək olduğunu nəzərə çatdırıb. F.Cəlilov deyib ki, qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir.

Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.

Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar.

Yayılan bu xəbərlə bağlı dəqiqləşdirmə üçün musavat.com-un əməkdaşı, Birliyin sədri Eldar Namazovla əlaqə saxlayıb. Eldar Namazov bildirib ki, rəhbərlik etdiyi “Deportasiya” İctimai Birliyinin bir neçə tanınmış üzvləri İlham Əliyevin namizədliyinin müdafiə olunması ilə bağlı öz fərdi mövqelərini çıxışlarında ifadə ediblər: “Biz toplantı barədə media üçün yaydığımız press-relizdə üç məsələyə baxıldığı qeyd olunub. Birincisi deportasiyanın ildönümü ilə bağlı məruzə, ikincisi hörmətli şairimiz Vahid Əzizin sözlərinə yazılmış mahnının videoklipin təqtdimatı, üçüncüsü ölkədə yaranmış durum, görüləcək işlərlə bağlı məruzə. Həmin məruzələri dinlədik, müzakirələr keçirdik. Firudin müəllimin məruzəsində İlham Əliyevin dəstəklənməsi çağırışı oldu.

O, əsaslandırdı ki, hansı arqumentlərlə bu təklifi irəli sürür. Müzakirələr zamanı bir neçə ziyalımız da bu təklifi dəstəklədilər. Biz hamının mövqeyinə hörmətlə yanaşaraq bu fikrilərin hamısını öz press-relizimizdə əks etdirdik və yaydıq. Təbii ki, bu, seçkiqabağı yığıncaq deyildi. Bu, növbəti iclaslardan biriydi. Bizim qərarımız var ki, yaxın zamanlarda bu cür silsilə tədbirləri davam etdirək. Hər bir ziyalıya da öz mövqeyini ifadə etmək üçün şərait yaradacağıq. O ki, qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək. Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir - islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений