Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hərbçi-ekspert qəzəbləndi: “Xəbəriniz var erməni qanı daşıyan Lavrov və onun sevimli, can bir xanım əməkdaşı Mariya...”



“Sözüm Azərbaycan QHT və digər sektorlarda fəaliyyət göstərən, mütəmadi olaraq dövlət büdcəsindən qrant alıb guya dövlət və dövlətçilik üçün çalışan şəxslərə və təşkilatlaradır. Sizin işiniz elə ancaq sakitcə layihələr həyata keçirtməkdir, ya siz eyni zamanda Azərbaycan dövlətinin formal da olsa vətəndaşlarısınız? Nə vaxta kimi, "iki cüt, bir tək" adamlar kimi ancaq Xarici İşlər Nazirliyinin mətbuat katibi hörmətli Hikmət Hacıyev və Prezident Adminstrasiyasının bir-iki rəsmisi, eləcə də bir neçə sayt ölkəmizlə bağlı səslənən davamlı təhdid və hədələrlə bağlı Rusiya, Ermənistan, elə Amerika və digər dövlətlərin təmsilçilərinin cavablarını verəcəklər? Bəs hanı sizin o pafoslu, bərli-bəzəkli vid-fasonunuz, danışanda az qala adamı borclu çıxaran vətənpərvərliyiniz?”.

Cebhe.info xəbər verir ki, bu sözləri hərbçi-ekspert Üzeyir Cəfərov deyib. Ekspert qeyd edib ki, son vaxtlar çox qəribə bir vəziyyət yaranıb:

“Rusiyanın Xarici siyasət idarəsinin erməni qanı daşıyan Lavrovu və onun sevimli, can bir xanım əməkdaşı Mariya Zaxarova təkcə Azərbaycanla bağlı deyil, onun dövlət və dövlətçilik rəmzləri ilə bağlı sərsəm fikirlər səsləndirir, Dövlət Dumasının Zatulin soyadlı bir yaramazı Dağlıq Qarabağa səfər edir, bizim şərəf və ləyaqətimizə toxunan sözlər danışırlar, sizdən heç səs-soraq yoxdur? Nəyi və kimi gözləyirsiniz? Rusiya tərəfinin sırf erməni maraqlarına hesablanmış bu addımları siz elə bilirsiniz adi addımlar və hərəkətlərdir? Əmin olun ki, deyilən və səsləndirilən fikirlər onlar tərəfindən elə-belə səsləndirilmir. Onlara bu fikirləri deditdirib, bizim az qala yatmaqda davam edən cəmiyyətimizin nəbzini yoxladan rəsmi qurum(lar) və şəxs(lər) var. Əmin olun ki, bu həqiqətən də belədir. Bəs nədən bizim Milli Məclis üzvü adını daşıyan bir çox deputat və cəmiyyət nümayəndələri rusların cavabını verməyə qorxurlar? Ya sizin xam xəyallarınızda Putinin, Jirinovskinin hələ də xülya kimi SSRİ-nin bərpasının mümkünlüyü fikri gəzib dolaşır? Varlığım qədər inanıram ki, SSRİ adlı dövlətin bundan sonra yenidən dirçəlməsi heç vaxt mümkün olmayacaq və bu qeyri-ciddi arzudan əl çəkmək lazımdır. Bu fikri dilinə gətirən adam(lar)ı mən çəkinmədən xəstə və bicavad adlandırıram. Gedib artıq və əbədi olaraq tarixin yaddaşına o quruluş. SSRİ adlı dövlət 20-ci əsrin bir yaşam dönəmi kimi dərsliklərdə, sənədlərdə və tarixdə qalacaq”. 

Üzeyir Cəfərovun sözlərinə görə dövlətimizə və dövlətçiliyimizə, xalqımıza qarşı ağzını açıb "qatığını dağıdan" hər bir kəsin ağzından vurmaq lazımdır:

“Bazbutlu akademik və ziyalılarımız, elm və mədəniyyət xadimlərimiz, çıxın bu keçmiş SSRİ zamanında yaşadığınız o kommunist ideologiyasından və bir qədər fəal olun. Kənardan baxanda çox acınacaqlı mənzərə görünür. İndi qarşıdan prezident seçkiləri gəlir deyə, bəzi "ziyalılarımız" "biz də varıq" prinsipi ilə çıxış edərək dövlət və hökumət rəhbərliyinə özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Vallah onların sizin nə yaltaqlığınıza, nə də məddahlığınıza ehtiyacları yoxdur. Yetər ki, siz fəal vətəndaş kimi Azərbaycan Dövlətinin və Dövlətçiliyinin maraqlarını qorumaq üçün fəal olasınız. Yazdıqlarım iradlar sözsüz ki, bir qrup ölüvay QHT hazıryeyənlərinin, həmçinin onları müntəzəm olaraq "yemliyənlərinin" əsla xoşuna gəlməyəcək. Şəxsən mənim üçün bunun qətiyyən nə istisi, nə də soyuğu yoxdur. Acı da olsa, deyirəm: nə qədər ki, millətimin nümayəndələri belə passiv olacaqlar, rus, erməni, digər bizi istəməyən qüvvələrin qarşısında özlərini mağmın kimi aparmaqda davam edəcəklər, bəlalarımızın sayı azalmayacaq, əksinə, bizi qarşıda daha da böyük fəlakətlər gözləyəcək”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений