Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Flora Kərimova sənətkarların 20 yanvarından danışdı: “Həmin xalq artisti klubun qarşısında istehza ilə mənə baxırdı”



20 yanvar 1990-cı il. Azərbaycan xalqının heç bir zaman unutmayacağı tarix. Bu gün millətimizin ən faciəli, qara səhifəsi, eyni zamanda qəhrəmanlıq, rəşadət tarixidir! Düz 28 il əvvəl keçmiş sovet ordusu milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutub. Kütləvi terror nəticəsində minlərlə günahsız insan qətlə yetirilib.

Bir məqamı xatırlatmaq yerinə düşər ki, həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu həll etmək üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil etdi. Öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığına görə həmin gecə 137 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Hadisələr baş verən zaman xalq artisti, sevilən sənətkar Flora Kərimova sovet ordusunun qarşısına yeriyən, sinəsini sipər edən sənətçimizdir. 

Flora xanım Cebhe.info-ya açıqlamasında “Sənət adamları arasında ümumiyyətlə, mübarizədə heç kimi görmədim” deyir: “Əksinə, bir sənət adamı mənə küçəyə çıxdığım üçün rişxənd edirdi. O, dünyasını dəyişib, Allah rəhmət eləsin, ad çəkmək istəmirəm. Küçədə mən qadınları qabağa-əsgərlərin üstünə aparanda, orada ermənilər də var idi. Allah o dünyasını versin, həmin xalq artisti klubun qarşısında dayanmışdı. Çox istehza ilə mənə baxırdı. Xatırlayıram ki, qadınlar zəncirvari bir-birinin qoluna girmişdilər. Qabaqda mən gedirdim, arxamda bir qadın gedirdi, əynində qara köynək vardı. Şəklimiz də var. Çöndüm, arxaya baxdım görüm kim gəlir. Gördüm ki, arxamda mötəbər elm qadınları var. Onların arasında Əminə Dilbazini gördüm, ürəyim dağa döndü. Mən risk olan yerdə həmişə olmuşam, amma heç bir sənət adamına orada rast gəlməmişəm.

Tankın qabağına getmişəm, erməni əsgərlərinin üzərinə yerimişəm, onları yoldan qaytarmışam. Amma bir sənət adamını yanımda görməmişəm. O günləri xatırlamaq mənə üçün çox ağırdır. Ayaqlarını paçalayıb, yalandan “Vətən, Vətən” deyə qışqıranlara nifrətim var. Hansısa müğənni vətənpərvərlik mövzsunda mahnı oxuyanda, özlüyümdə düşünürəm ki, birdən hardansa bir güllə səsi eşidildi, səni hansı çarpayının altından çıxaraq? Niyə bu şou adamları belə ağciyər olur, bilmirəm. Belə bir hadisə təkrarlansa, əminəm ki, insanlarımız yenidən küçələrə axışar! Damarımızda axan qan ki var- azərbaycalı qanı, hər zaman qaynayır. Vətən uğrunda, millət uğrunda qaynayır. Mən uşağımı evdə qoyub, tankın qabağına getdum. Dedim ki, balam yetim qaldı, amma getdim. Vətənim üçün, azadlığımız, müstəqilliyimiz üçün getdim”.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений