Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AXCP hakimiyyətə gələrsə, xalqın rifahına uyğun siyasət aparacaq”- PARTİYA RƏSMİSİ



“İqtidar nümayəndələri ən yüksək səviyyədə qeyd edir ki, ölkədə işsizliyin səviyyəsi 5%-dir. Bu sahədə problem yoxdur. Amma iqtidarın bütün bu arqumentlərinin əksinə olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev brinfinqdə qeyd edir ki, regionlarda keçirdiyimiz görüşlərdə vətəndaşlar 300-400 km.qət edərək axın-axın iş üçün müraciət edir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, göründü kimi DGK sədri özü də bilmədən həqiqətləri dilə gətirir. İqtidarın bu sahədə problemlərini ortaya qoyur: “Bu gün regionlarda işsizlik ən yüksək səviyyədədir. Bu problemə son qoymaq üçün ölkədə dəyişikliklər mütləqdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sosial-iqtisadi proqramı var. Partiya sədri Razi Nurullayev daima işsizlik və digər sosial problemləri qaldırmaqla, iqtidarın bu sahədə problemlərə son verməsinə çağırır. Ölkədə AXCP hakimiyyətə gələrsə, bu problemləri həll edib, xalqın rifahına uyğun siyasət aparacaq”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений