Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Buxarestdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib- FOTO



Azərbaycanın Rumıniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin və SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. 

Tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisəsindən bəhs edən film nümayiş olunub. 

Azərbaycanın Rumıniyadakı səfirliyinin 1-ci katibi Ramiz Cəfərov 1990-cı il 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət hadisəsi barədə ətraflı söhbət açıb, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dinc və silahsız vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə getdiyini, baş verən qətliamı kəskin şəkildə pislədiyini vurğulayıb. Vurğulanıb ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Qeyd edək ki, Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin bir sıra mətbu orqanlarınının elektron saytlarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений