Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı 2-yə bölünə bilər?- Parlament və AzTV-nin binasına təhlükə?- “İstinad divarı tikilən ərazidə çoxlu çatlar yaranıb”- FOTOLAR 



Bakıda Televiziya Qülləsi yaxınlığındakı sürüşmə çatlara səbəb olub. Bəzi ehtimallara görə, bu çatlar Bakını iki hissəyə bölə bilər.

Bu ehtimallar nə dərəcədə realdır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspediziyasının rəisi Əziz Qaralov Cebhe.info-nun sorğusunu cavablandırıb: “Bakı iki hissəyə bölünə bilməz. Bu ehtimallar doğru deyil. Sadəcə olaraq həmin ərazilər çökməyə meyillidir. Bayıldakı bu problem həmişə olub, yeni yaranmayıb. Maili yamacdır, mövsümlə əlaqədar olaraq yağıntıların artması da bu prosesə təsir edir. 3-4 aydır ki, həmin çatlar yaranıb. Ötən gün orada  müşahidələr apardıq. Ölçülərdə də genişlənmələr yarana bilər”. 

Bu çatlar parlament və AzTV-nin binasına təsir edə bilərmi? 

Ə.Qaralovun sözlərinə görə, bu çatların ətrafda olan parlament və AzTV binası üçün hər hansı təhlükəsi yoxdur: “60 metr uzunluğunda olan ərazidə yerləşən bu çatlar lokal ərazidədir. İstinad divarı tikilən ərazidə çoxlu çatlar yaranıb. İstinad divarlarının yaxınlığında evlər tikirlər. O evlərə ziyan dəyə bilər. Hansı ki, bəzilərində çatlar müşahidə olunur. Əgər yamaca müdaxilə edilməsə, risk artmaz. Yamacı kəsməklə prosesi sürətləndirirlər”. 

Ə.Qaralov bildirib ki, təhlükəli ərazidəki evlərin sayı təxminən 10-dur. 

Çatların yaranmasının əsas səbəbləri hansılardır? 

Bu haqda danışan Ə.Qaralov bildirib ki, çatların yaranmasının əsas səbəbi həmin ərazinin sürüşməyə meyilli olmasıdır: “Hələ 100 il əvvəl də Bayılın müxtəlif ərazilərində sürüşmə, çökmə prosesinin baş verməsi haqda məlumatlar olub. Bu gün də müəyyən yerlərdə lokal çöküntülər olur. Hələ 2000-ci ildə əbədi məşəlin önündə 37 metr dərinlikdə çökmə prosesi baş vermişdi. Teleqüllədən 200-250 metr aralıda, cənub-şərqdə yerləşən Bayıl yamacı adlanan bir hissə var. Fərdi evlərin tikilməsi üçün yamacın daban hissəsinə terras düzəldilib. Bununla da yamacın dayanıqlılığını azaldıblar. Halbuki bunu etmək olmazdı. Biz prosesi qiymətləndirdik, səbəbləri, çatın əhatə etdiyi sahəni, ərazini, dinamikasında artımın olub-olmamasını qeyd etdik”.

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений