Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsa Qəmbərin sağlıq durumu: Müsavat prezidentliyə namizədini dəyişəcək? - ÖZƏL



Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətində problemlər yaranıb. 

İsa Qəmbərin ürək damarlarına stend qoyulub. Məlumdur ki, Müsavat Partiyası 2018-ci ildə keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyini irəli sürüb. İsa Qəmbərin səhhətində yaranan problemlər isə müəyyən söz-söhbətlərə səbəb olub. Belə ki, İsa Qəmbərin səhəttində yaranan problemlərdən sonra Müsavat Partiyasının prezidentliyə namizədinin dəyişib-dəyişməyəcəyi suallar doğurub. 

Cebhe.info məsələni aydınlaşdırmaq üçün Müsavat Partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxlayıb. Arif Hacılı Cebhe.info-ya açıqlamasında Müsavat Partiyasının namizəd dəyişikliyinə getməyəcəyini deyib:

“İsa bəyin səhhətində çox yüngül bir problem yaranıb. Yəqin ki, sabah xəstəxanadan çıxacaq. Ümumiyyətlə, bu məsələni müzakirəyə çıxarmağın özü etik deyil. İsa bəyin sağlıq durumu yaxşıdır, qaydasındadır. Sabah xəstəxanadan çıxacaq və bir neçə gün sonra isə siyasi fəaliyyətini davam etdirəcək”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений