Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnstitut direktoru Mirşahinə yeni teleleviziya üçün yer təklif etdi: "Qapımız açıqdır"- ÖZƏL



Xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılan ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev internet üzərindən yenicə fəaliyyətə başlayacaq “Real Tv”yə rəhbərlik edəcək. 

Maraqlıdır, vaxtilə Zoologiya İnistitunun binasında fəaliyyət göstərən ANS-in orada saxlanılan əmlakının aqibəti necə olacaq?

Yoxsa, həmin əmlakın yeni yaradılan internet telekanalının fəaliyyətində istifadəsi üçün artıq aidiyyəti üzrə müraciət edilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitunun direktoru Elman Yusifov Cebhe.info-ya açıqlamasında yeni internet telekanalının yaradılmasından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, artıq 9 aydan da çox bir müddətdir ki, ANS-in rəhbərliyi ilə heç bir əlaqə qura bilmir: 

“Bilmirəm niyə belə oldu. Biz Mirşahinlə uzun illərin dostu idik. Amma 9 aydır ki, heç bir əlaqə yoxdur”. 

E.Yusifovun sözlərinə görə, əmlakın götürülməsi üçün də onlara hər hansı müraciət daxil olmayıb. E.Yusifov həmçinin bildirib ki, yeni telekanalın fəaliyyəti üçün yer lazım olarsa, yenidən birgə işləyə bilərlər: “Qapımız hər zaman Mirşahin Ağayevə açıqdır. İstəsə, yenidən birgə fəaliyyətimizi davam etdirə bilərik”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений