Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib



Rəsmi Tehran noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan  alınmasına dair ABŞ-ın “təxribatçı və destruktiv” ittihamlarını rədd edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.   
 
“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz,  təxribatçı və destruktiv ittihamı rədd edirik”
, - deyə bəyanatda qeyd olunub.
 
Qeyd edək ki,  ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən  raketin qalıqlarını təqdim edib.
 
İranın BMT-dəki daimi nümayəndəliyindən nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirilib.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений