Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mahmudovun ətrafı fəallaşır: SƏBƏB



Beytulla Hüseynov müsadirə olunmuş əmlakını geri istəyir

“Rabitə işi” üzrə təqsirləndirilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov barəsindəki qərarından kassasiya şikayəti verib. Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 7 il 6 aya endirib. 

Lakin Hüsyenov bundan da narazı qalıb və Ali Məhkəməyə müraciətində cəzasının azaldılmasını və üzərinə həbs qoyulan əmlakların özünə qaytarılmasını istəyib. Xatırladaq ki, Beytulla Hüseynov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar Mahmudovun qudasıdır.

Hüseynovu kim müdafiə edir?

Beytulla Hüseynov “MTN işi”ndə adı hallanan və Eldar Mahmudovun komandasının əsas fiqurlarından biri sayılır. O, məxfi informasiyaların Mahmudova ötürülməsi işinin icraçılarından biri olub. 

Hazırda da Eldar Mahmudovla bağlı B.Hüseynovda gizli məlumatların olduğuna şübhə yoxdur. Buna görə də keçmiş MTN başçısının onu müdafiə etdiyi anlaşılandır. Məhkəmə yekunlaşana qədər Beytulla Hüseynov həmin məlumatlarla bağlı nə istintaqa, nə də məhkəməyə heç bir məlumat vermədi və Mahmudova olan sədaqətini nümayiş etdirdi. O, ən az Mahmudovun ortaqlarından biri- keçmiş MTN əməkdaşı Akif Çovdarov qədər “ağzıbağlı” adamdır. Buna görə də Eldar Mahmudovun qudasına da Akiv Çovdarova olduğu qədər minnət borcunun olduğu başadüşüləndir. Buna görə də Mahmudov Hüseynovu müdafiə edir, ən az müxtəlif yollarla əldə etdiyi əmlakının onda saxlanılmasına çalışa bilər.

Mahmudovun 4 milyardlıq əmlakı

Mahmudovun Hüseynovu müdafiə etməsinin arxasında başqa məqamlar da var. O, bundan öz təhlükəsizliyini təmin etmək üçün istifadə edə bilər. Əgər müsadirə edilmiş əmlakı geri qaytarılsa, Mahmudov bununla sübut etməyə çalışa bilər ki, bu əmlak hansısa qeyri-qanuni yollarla əldə edilməyib. Çünki Eldar Mahmudovun da adına 4 milyard dollardan çox əmlakın olduğu bildirilir. Əgər müsadirə edilmiş əmlakı Hüseynova geri qaytarılsa, bu, Mahmudovun da sahib olduğu əmlakının özündə qalması üçün əlavə imkan yaradacaq. Digər yandan, Eldar Mahmudov bununla iqtisadi gücünü qorumaqla özünə qarşı olan ittihamlardan yayınmaq üçün maddi gücü də təmin edə biləcək. Bu baxımdan Beytulla Hüseynova məxsus milyonluq əmlakın Mahmudova məxsus olmasına da şübhə yoxdur.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений