Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Falçıların kraliçası”nın milyonluq evi: Dəbdəbə göz qamaşdırır - FOTOLAR



Rumınya dünyada falçı və cadugərlərin çox olduğu ölkə kimi tanınır.

Cebhe.info xəbər verir ki, Slovakiyadan olan fotoqraf  Lusia Sekekrova bu ölkədə olarkən falçı və cadugərlərin həyat tərzindən bəhs edən material hazırlayıb.

O, “Falçıların kraliçası” adlandırılan  və xalqın “baş cadugər” adlandırdığı Mariya Kampinanın evində olub. 

Milyonluq ev falçının bu sahədən əldə etdiyi gəlirlə ən son dəblə bəzədilib. Ölkədə falçılıq qanunla qadağan edilməyib və onunla ancaq qadınlar məşğul olur. Cadugərlər burada müştərilərin təkcə falına baxıb caduları pozmur, prosesin bu hissəsinə qədər həm də müştərinin səbrini yoxlayırlar. Ardınca ikinci mərhələ olan qorxutmaq gəlir. Beləliklə müştərinin əsl istəyinin nə olduğu öyrənilir.

Falçılar həmçinin şəfalı otlardan hazırladıqları məhlulları da müştərilərə olduqca baha qiymətə satırlar. 

Qaraçılarda isə fala baxma qabiliyyəti ailədən keçri. 18 yaşına çatanda ailələrin yaşlı qadınları estafeti onlara verir. Qiymətlər isə 20-50 avro arasında dəyişir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений