Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putin: "Trampın Yerusəlimə dair qərarı bölgədəki böhranı həll etməyə kömək etmir"



ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına kömək etmir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
 
“Həm Rusiya, həm də Türkiyə hesab edirlər ki, ABŞ rəhbərliyinin Yerusəlimi İsrailin paytaxtı tanımaq və  səfirliyini oraya köçürmək qərarı Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etmir. Bu, əksinə, Yaxın Şərqdə onsuzda mürəkkəb vəziyyəti daha da gərginləşdirə, Fələstin-İsrail sülh prosesinə xətt çəkə bilər”, deyə Putin vurğulayıb.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений