Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ata xəstə qızını küçəyə atdı - Azərbaycanda tükürpərdici hadisə+ Video



Şəkidə ata xəstə qızını küçəyə atıb.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, 2 yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir.

Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balaca Yağmurun dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub. Bir müddət sonra onun serebral iflic xəstəsi olduğunu biliblər. Övladının xəstə olduğunu bilən ata isə qızından imtina edib.

N. Məhərrəmova deyir ki, ilk vaxtlar əri onu övladını kimsəsiz uşaqlar evinə yerləşdirməyi təkid edirmiş. Ana isə buna razılıq verməyib və əlindən gəldiyi qədər uşağı müalicə etdirməyə çalışıb. Övladına görə ərindən ayrılan qadını isə indi öz doğma ata və anası da qəbul etmir. Müvəqqəti olaraq Bakıda sığınacaqda məskunlaşan körpə ilə ananın indi yaşamağa yerləri yoxdur.

Yağmurun vəziyyəti isə günü- gündən daha da pisləşir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений