Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Heydər Əliyevin vəfatından 14 il keçir



Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 14 il keçir. Böyük siyasi xadim, Azərbaycanın üçüncü prezidenti, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Müstəqil Azərbaycanda hakimiyyətdə olduğu 10 il müddətində Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün mərhum dövlət başçısının çox böyük xidmətləri olub. 1994-cü ildə Azərbaycan neftinin dünya bazarına çıxması üçün dünyanın ən böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilib. Heydər Əliyev bir sıra xarici güclərin Azərbaycanın müstəqilliyinə olan təhdidlərinin qarşısını almış, dövlət müstəqilliyimizə qəsd etmək istəyən daxili düşmənləri öz uzaqgörən siyasəti ilə zərərsizləşdirmişdir. Həmin müdrik və uzaqgörən siyasətin uğurları nəticəsində Azərbaycan müstəqillik yolunda dönmədən və uğurla irəliləyir.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений