Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Viagra”nın istehsal edildiyi kənddə üsyan: ““Eşq qoxusu” kişiləri çətin vəziyyətdə qoyub”



Dünyada cinsi zəifliyi aradan qaldırmaq üçün çox istifadə edilən preparatlar arasında ən məşhuru olan "Vigara"nın itehsal edildiyi kənddə üsyan başlayıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, İrlandiyanın Ringaskiddi kəndində əhali narazılığını aksiyalarla ifadə edir. Əhali dərmanın istehsal edildiyi müəssisələrdən ətrafa yayılan  qoxunun ilk növbədə kişilərdə problem yaratdığını bildirir. 

Söhbət ondan gedir ki, dərman istifadə etməyən kişilərə belə həmin dərmanın istehsal olunduğu müəssisələrdən yayılan qoxu da təsir edir və onlarda cinsi istəyi artırır.

“Pfizer” dərman şirkətinin məhsulu olan “Viagra” 20 ildir həmin kənddə istehsal edilir. Müəssisədən yayılan "eşq dumanı" kişilərə öz təsirini göstərir. Kənd sakinlərindən biri  “Sunday Times" qəzetinə açıqlamasında bildirib ki, “eşq qoxusu” ilə uzun müddət yaşamaları təsirsiz ötüşməyib: “Bir dəfə bu havanı udmaq belə bəs edir". 

Şirkət isə məsələyə yazılı açıqlama ilə cavab verib və qoxunun ziyansız olduğunu bildirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений