Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vəzifəsini itirən Fazil Məmmədovun qardaşı olduğu iddia edilən iqtisadçı: "Qışqıra bilmərəm..."-ÖZƏL



Xəbər verdiyimiz kimi prezident İlham Əliyev dekabrın 5-də hökumətin tərkibində dəyişiklik edib. Prezident təhsil naziri Mikayıl Cabbarovun və vergilər naziri Fazil Məmmədovun tutduğu vəzifədən azad olunması haqqında sərəncamlar imzalayıb. 

Digər bir sərəncamla Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun isə hansısa posta təyin olunması haqda hələ ki, rəsmi məlumat yoxdur. 

Cebhe.info sözügedən sərəncamla bağlı Fazil Məmmədovun qardaşı olduğu iddia edilən (əslində isə elə deyil - müəl.), iqtisad elmlər doktoru Zahid Məmmədovla əlaqə saxlayıb, nazirin vəzifədən azad edilməsinə iqtisadçının münasibətini öyrənmək istəyib. Məqsədimiz həm onların qardaş olmadıqlarına oxucu üçün aydınlıq gətirmək, həm də nazirin vəzifədən azad edilməsinə ölkədə tanınan iqtisadçının münasibətini öyrənmək idi. Zahid Məmmədov ictimai nəqliyyatda olduğunu əsas gətirərək danışmaqdan yayınıb.

“İctimai nəqliyyatdayam, sizə cavab verə bilmərəm”. 

Məsələyə bir cümləlik də olsa, münasibət bildirməkdə israrımızı bildirsək də, Z. Məmmədov “xanım, qışqıra bilmərəm” deyə cavab verib. 

Yeganə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений