Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Millət vəkili: "...Ermənistana Brüsseldə dedilər ki, Dağlıq Qarabağ Azərbaycanındır"



“Nəhayət, Moskvadan icazə alıb Avropa İttifaqı ilə "hərtərəfli və geniş əməkdaşlıq anlaşması" bağlayan Ermənistana Brüsseldə dedilər ki, Dağlıq Qarabağ Azərbaycanındır, bu ölkənin suverenliyini və torpaq bütünlüyünü tanımaqdan başqa yolumuz yoxdur, sənə isə "kiçik bacı"mız olaraq 3-5 avro dilənpayı verə bilərik, o da özünü yaxşı aparsan. Bu isə öz növbəsində o deməkdir ki, erməni lobbisinin Avropa Parlamentində satın aldıqlarına və islamafoblara dayanaraq sammitöncəsi çıxartdığı qətnamənin bir “qara qəpik” də effekti olmadı”.

Cebhe.info xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev deyib. S.Alıyev xatırladıb ki, həmin qətnamədə Dağlıq Qarabağ məsələsinin digər etnik problemlərdən ayrılması və onun Minsk qrupu həmsədrlərinin irəli sürdüyü prinsiplər üzrə həll edilməli olduğunun vurğulanması məsləhət görülürdü:

“Ancaq sammitə qatılan dövlətlər adından yayılan birgə bəyannamdə bildirilir ki, "Avropa Birliyi bütün tərəfdaşlarının torpaq bütünlüyü, müstəqillik və suverenliklərini tanımaqda davam edir". Yəni, Ukrayna, Gürcüstan və Moldovanın torpaq bütövlüyünə yanaşma necədirsə, bu, ürəklərindən olsa da, olmasa da Azərbaycanınkına da o cürdür”.


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений