Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

SOCAR Acarıstanın qazla təminatını qismən bərpa edib



“SOCAR Georgia Gas” şirkəti Acarıstan Muxtar Respublikasının təbii qazla təminatını qismən bərpa edib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bölgənin Sarpi və Xelvaçauri rayonlarının 8 min abunəçisi mavi yanacaqla hələ də təmin olunmur.
 
Şirkətdən verilən məlumata əsasən günün sonuna qədər muxtar respublikanın təbii qazla təminatı tam bərpa ediləcək.
 
Qeyd edək ki, dünən Azərbaycandan mavi yanacağın tədarükündə yaranmış texniki problem və hava şəraitinin pisləşməsi ilə əlaqədar “SOCAR Georgia Gas” şirkəti Acarıstanda 32 min abunəçinin qazla təminatını dayandırmışdı. Şirkətin bölgədə aktiv və potensial abunəçilərinin sayı 66 821 nəfər təşkil edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений