Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Beynəlxalq Bankın reytinqləri yüksəldi



“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb. 

ABB-nin mətbuat xidmətindən verilən məlumata görə, “Fitch” bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq “B-“ səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla “B” səviyyəsinə yüksəldib.
 
Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq “Aqrarkredit”ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, ABB-nin “Fitch” tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11% təşkil edir.
 
“Fitch” ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений