Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlik 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib



“Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Şöbə müdiri bildirib ki, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı 250-dir.

Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər.

Y. Piriyev gələcəkdə ali təhsil proqramlarının kolleclərdə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: “Hazırda ixtisasların təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir. Burada məqsəd bakalavr ali təhsilinə keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений