Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır 



Rusiya dövlətinin yaranışını çoxları bilir. Qədim türklərin sayəsində “hazırın naziri” oldular. Milyon kvadrat kilometrlərlə ərazi “təmizləndi”, abadlaşdırıldı, quruldu və qəfil rus millətinə “hədiyyə” edildi. Bu ölkənin mövcudluğu ümumiyyətlə, tarixin gedişatında xüsusi bir xətt tutdu.

Türklərin məhv olmasında, zəifləməsində, güclü imperiyaların çöküşündə, Avropa və Asiyanın tam gücə malik olmamasında kifayət qədər rol oynadı. Rusiya sovet sistemini qurmaqla onlarla ölkəni daha sərt boyunduruq altına aldı. Hər iki dünya müharibəsinin əhəmiyyətli iştirakçısına çevrildi, Şərqi Avropa ölkələrində sovet sistemi qurdu, Çin və uzaq Kubaya qədər bu virusu yaydı. 

Bəs bu gün nə baş verir? Orta əsrlərdən günümüzə qədər qeyri-standart, qeyri-ənənəvi dövlətçilik qanunları ilə işləyən Rusiyanın mövcudluğundan narahat olan qüvvələr onu zəiflətməyə çalışmışlar. Monqol-tatar adı ilə tarixə sırıdılan türklər, Osmanlı imperatorluğu bu ölkəni zaman-zaman nəzarətdə saxlamağı bacarsa da, davamiyyətli olmayıb. Demək olar ki, dünyanın ən aparıcı və güclü dövlətləri bu nəhəng ölkəni çökdürmək üçün daxildən və xaricdən öz qüvvələrini səfərbər etmişlər. Lakin sonda tam hədəfə yetişə bilməmişlər. I Pyotrun qoyduğu dövlətçilik ənənələri zaman-zaman öz qüdrətini qoruya bilib. Bir vaxtlar dekabristlər hərəkatı da başlanılmışdı. Böyük bir ziyalı kəsim çar üsul-idarəsinə qarşı mübarizəyə başlamışdı. 1861-ci ildə təhkimçilik hüququ süquta uğrayandan sonra bu hal daha sürətlə inkişaf etmişdi. Təəssüf ki, bu da məlum sistemi sıradan çıxara bilməmişdi. Bunu görən dünya baronları marksist təfəkkürlə bu dövləti sarsıtmağa çalışdılar. Vladimir Ulyanov adlı birisini yetişdirib dünya tarixində kommunizm adlı bir təhlükənin əsasını qoydular. 

Bununla hardasa Romanovlar sülaləsini darmadağın etsələr də, yeni bir qorxunun əsasını qoymuş oldular. O vaxta qədər nəzarətində olan Qafqaz və Orta Asiya dövlətlərindən yalnız vergi yığmaqla kifayətlənən Rusiya artıq onları vahid dövlət sisteminə saldı – 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqını yaratdı. Bununla da sərhədləri möhkəmləndirdi, ordunu gücləndirdi, bütün qonşu dövlətlərlə hədə və təhdidlə danışdı. İlbəil sərhədlərini daha da genişləndirdi, istila və işğallarını bir az da artırdı. Əslində 1917-ci ildə Rusiyanın təməllərində bir qədər sarsılmalar olsa da, sovet hakimiyyəti güclü işlədi və süni şəkildə, diktatura rejimində olsa da, dayaqlarını bərk qorudu. Amma hamı bilirdi ki, minillik tarix çərçivəsində artıq bu dövlət ilk zərbəsini alıb. Rusiyanın aldığı ikinci zərbə ötən əsrin 90-cı illərində baş verdi. 70 illik bir rejim çox rüsvayçı şəkildə, Azərbaycandan alovlanmaqla iflasa uğradı. Amma bu da prosesin tam başa çatması deyildi. Çünki Rusiya son yüz ildə işğal etdiyi əraziləri hüquqi müstəvidə də olsa itirdi, amma özü tam gücüylə ayaqda dura bildi. Zaman-zaman eniş və yüksəlişə mübtəla olan Rusiya Federasiyası indi də üçüncü zərbəni almaq zorundadır. Əfqanıstanda, İraqda, bu gün də Suriyada nüfuzdan düşən ruslar indi də ən strateji nöqtələrini itirməkdədirlər. Sırf Rusiyanı dağıtmaq məqsədilə yaradılmış NATO-nun bu ölkəni sürətlə həlqəyə salması, Baltikyanı ölkələrin nəzarətindən tam çıxarılması, gizli də olsa, GUAM ölkələrinə dünya birliyinin dəstək verməsi məhz rusların əleyhinə işləyir. Bu gün Ukraynada baş verənlərin tarix üçün Suriyadan daha önəmli olduğunu da bilənlər bilir. Üstəlik, bütün bu kimi tarixi saxtalıqlara sponsorluq edən dünya yəhudi hakimiyyətinin çökdürülməyə başlaması da Rusiyanın əleyhinə işləyir. Bəli, Rusiyanın üçüncü çöküş mərhələsini yaşayırıq. Birincini Vladimir Leninin qisasçılığı, ikincini Mixail Qorbaçovun varlanma ehtirası etdi, üçüncünü isə Vladimir Putinin şöhrətpərəstliyi etməkdədir. 

Bu gün Rusiyanın himayəsində olan bəzi xadimlər işə salınıb. Onların arasında vəzifəli şəxslər də, media nümayəndələri də, hətta millət vəkilləri də var. Mən onlara “Rusiyanın əlaltıları” demirəm, “millət düşməni” də demirəm. Zatən, bunu deyənlər çoxdur. Mənim onların yanaşmasına da iradım yoxdu. Təbii ki, siyasətdə olanlar, mənsəbli kəslər mütləq tərəfli olurlar. İndi bunlar da Rusiyanı seçiblər.

ASALA, SADVAL, PKK kimi terror dəstələrini yaradan, əsas ideologiyasında türkə düşmənçilik dayanan Rusiyanı zaman-zaman müdafiə edənlər olduğu kimi, bu gün də var. İran-İraq müharibəsini başladan və bununla da Səma və Yer qanunlarını pozan Rusiyaya simpatiya göstərənlər həmişə olub. Nurçuluğun əsas sponsorlarından olan bu ölkənin “tolerant” imici həmişə görünməkdədir, “skinhedlər” buna misallardan yalnız biridir. Fakt budur ki, Rusiyaya qarşı sanksiyalar yüksələn xətt üzrə davam edir və mütləq nəticə verəcək... 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений