Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri türk iş adamlarını Azərbaycana çağırdı - FOTOLAR



Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Türkiyədə tədbirdə iştirak edib. 

Cebhe.info xəbər verir ki, AXCP sədri tədbirdə iştirakı ilə bağlı fikirlərini bölüşüb:

“Dünən Türkiyəyə səfərim çərçivəsində Sinoplu iş adamlarının Forumuna qatıldım. Gözəl insan Mustafa Kalyoncu bəyə də təşəkkürlərim. Forumda iş adamları qarşısında geniş çıxlşıma imkan yaratdığı üçün sayın iş adamı, Sinoplu iş adamları Federasyonu başkanı Rafet Orhan dostum və kardeşimə də dərin təşəkkürümü bildirirəm. Ayrıca, Yusuf Günay bəylə də tanışlıq və xeyli söhbət etmək nəsib oldu. Yusuf bəy bəlkə də dünyada yeganə dövlət vəzifəlisidir ki, Türkiyənin 9 cümhurbaşqanı və 13 hökumət başçısı ilə işləyə bilib. Dərin mənəviyyata sahib olmalısan ki, hər kəs səni komandasında görsün”.

“İş adamları ilə təbii ki, siyasətdən danışmaq yersizdir və maraqlı olmazdı. Çıxışımda Azərbaycan Türkiyə qardaşlığına toxundum, Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafına yönəlik fikirlər söylədim, azexport.az internet portalı barədə məlumat verdim, yeni işə salınan rəqəmsal şəbəkə (digital hub) barədə məlumat verərək iş adamlarını Azərbaycana yatırım etməyə çağırdım. Azərbaycanda işləmək istəyən çoxdur. Onlara doğru və dürüst məlumat vermək lazımdır” - Razi Nurullayev deyə bildirib.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений